Ринопластика | Фильм Доктора Цопе | Эстетическая Ринопластика | Пластика носа цены | Сколько стоит о
 

 Plastik və estetik cərahiyyə, xüsusən burunun plastik əməliyyatlarına (rinoplastika) həsr olunmuş səhifəyə xoş gəlmisiniz. Marağımın səbəbi atamın həkimlik fəaliyyəti, sonradan isə müəllim və həmkarım olub. Plastik cərrah və otorinolarinqoloq, həkim Tsope kimi tanınan Xutsidze Vaxtanq Qalaktionoviç hələ sovet dövründə - yeniliklərə kəskin münasibətin olduğu dövrdə, məhz 1956-cı ildə gənc aktrisanın taleyinə acıyaraq təcrübəsində ilk dəfə olaraq az tanınan və qapalı cərrahiyə yolu ilə olduqca uğurlu burun əməliyyatı həyata keçirmişdir. O vaxtdan etibarən burun plastikasının qapalı metodu (zahiri dəri kəsilmələri olmadan) onun əsasını qoyduğu rinoplastika məktəbində daha çox üstünlük verilən olmuşdur.

  Bu səhifədə olduqca maraqlı məlumat əldə edə bilərsiniz, bir şərtlə ki, sizin diqqət predmetiniz həmin burun olacaq. Məsələn, istedadlı moskvalı kinodokumentalistlər L.P. Bakradze və L.A. Qureviç tərəfindən həkim Tsopenin peşəkarlığına etibar etmiş iki cavan qadının - moskvalı aktrisa və gürcü kəndindən olan qızın taleyi haqqında çəkilmiş “Məni gözəl edin” filminə baxmaq, həmçinin həkim rəssam Tsopenin işləri ilə tanış olmaq, müasir rinoplastikanın problemlərinə və digər məsələlərə nəzər-nöqtənizi müəyyən etmək maraqlıdır.

  Filmin uzaq 1984-cü ildə çəkilməsinə baxmayaraq, film real hadisələr əsasında çəkilib və xarici görkəmi dəyişməyə vadar edən səbəbləri ətraflı təhlil etmək üçün nadir imkan verir. İnsanın daxili aləminə daxil olaraq o, pasientin həyəcanını əks etdirir, həmçinin bəzən digər peşələrin təmsilçilərinin rinoplastika haqqında diametral zidd mülahizələrini öyrənməyə imkan verir.

  Film incə yumorla işlənilib və sizin “Mənə rinoplastika lazımdırmı?” kimi sadə sualınıza ayıq baxış ehtiva edir. Bu sual mənim rinoplastika ilə məşğul olduğum plastik cərrah fəaliyyətimdə də tamamilə aktualdır.

  Ümid edirəm ki, filmə baxmaqdan faydalı məlumat və böyük zövq alacaqsınız!

Xutsidze Zurab Vaxtanqoviç

                                                                                  


    
 



 

Rinoplastika (burun plastikası)

 Estetik rinoplastika – burun formasının yaxşılaşdırılması, pasientin psixoloji rahatlığının yaradılmasına istiqamətlənmiş əməliyyatdır. Bu əməliyyat plastik cərrahiyədə ən çətin və yaradıcı əməliyyatlara aiddir, belə ki, burun üzün xarakter cizgilərini daha çox müəyyən edir və hətta cüzi dəyişikliklər yalnız yüksək peşəkar təcrübəyə malik plastik cərrah estet-perfeksionist tərəfindən həyata keçirilməlidir.

  Bizim təcrübəmizdə üz quruluşu və burun formasının quruluşunun formalaşdırılması hallarında kompüterlə modelləşdirmə mütləq tətbiq olunur, digər yayılmış hallarda pasientlərin rinoplastikadan əvvəl və sonra olan uyğun gələn foto şəkillərə baxmaq təklif olunur.

  Rinoplastikanın həyata keçirildiyi hər bir halda biz üz harmoniyasına nail olmağa, ətrafdakılara həyata keçirilmiş əməliyyatı xatırlatmayacaq gözəl və təbii burun formasının yaradılmasına çalışırıq.

  Rinoplastika - əməliyyatın həcmi

  Estetik rinoplastika səthi (qismən rinoplastika) ola bilər. Bu halda o, yalnız burun formasının ekspressiyasının böyüdülməsinə istiqamətlənmiş olur və bununla üzün fərdiliyi və cizgilərini saxlayır, yəni, yalnız əhəmiyyətli dəyişikliklər etmədən burun konturlarını hamarlaya və vurğulaya bilər.

  Estetik rinoplastikanın digər halları burun formasının və üz cizgilərinin gözəçarpan və əhəmiyyətli dərəcədə dəyişdirilməsinə istiqamətlənib. Profilə baxanda görünür ki, burun öz formasına görə üzdən həddindən artıq qabağa çıxa bilər – uzun düz və ya donqarlı uzun burun. Ön proyeksiyada – bu burun divarlarının enliliyi, iri uc, burun əyriliyi və s.-dir. Burunla yanaşı, üzün quruluşunda təhlil və əlavə addımların atılmasını tələb edən uyğunsuzluq müşahidə oluna bilər.

  Bəzən burunda kiçik donqar üzün ifadəliyini yaxşılaşdırır və bu xoş xəbəri pasientə deməli oluruq, lakin bu cür hallara baxmayaraq, burunda donqarın ləğv edilməsi ən geniş yayılmış əməliyyatdır. Burun ucunun plastikası deformasiyanın aradan qaldırılması məqsədilə həyata keçirilir – iri uc, kələ-kötürlü, təpəli qüsurlar, həddindən artıq yuxarı qalxmış və ya aşağı sallanmış, yaşla bağlı dəyişikliklər, burun deşiklərinin, qanadlarının assimetriyası.

  Qismən rinoplastika – Xarici burunun bəzi hissələrində işləmələrlə məhdudlaşan burun formasının dəyişdirilməsidir. Bu halda bəzən sümük toxumalarına toxunulmur – səthi rinoplastika.

  Tam rinoplastika – bütün tərkib toxumalara (sümük, qığırdaq, yumşaq) və xarici burunun struktur hissələrinə - uzunluğun azaldılması, burun donqarının ləğv edilməsi, burun divarlarının enliliyinin daraldılması (osteotomiya), uc və burun pərdələrinin plastikası - toxunaraq burun formasının dəyişdirilməsidir.

  Postravmatik rinoplastika – burun travması nəticəsində əmələ gəlmiş deformasiyaların aradan qaldırılması məqsədilə həyata keçirilir. Bu cür travmalar çəpərin əyilməsi və burun boşluğunun hipertrofiyası nəticəsində tənəffüsün pozulmasına səbəb ola bilər. Əməliyyat yalnız kosmetik məqsədlər üçün deyil, həmçinin burun tənəffüsünün bərpası, burun çəpərinin düzəldilməsi və burun boşluğu həcminin kiçildilməsi məqsədilə həyata keçirilir. Postravmatik rinoplastika bir mərhələdə iki əməliyyatdan ibarətdir – burun plastikası və septoplastika (rinoseptoplastika).

  Təkrar rinoplastika və ya ikinci rinoplastikanın məqsədi həyata keçirilmiş uğursuz rinoplastikadan sonra yaranmış qüsurların aradan qaldırılmasıdır. İkinci rinoplastika çətindir, belə ki, artıq qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün öz planını tətbiq etmiş mütəxəssis tərəfindən həyata keçirilib və burun toxumaları sağalma prosesini keçib.

   Əməliyyatın keçirilməsi yolları

  Əməliyyatın keçirilməsi yolları fərdi olaraq seçilir. Əksər hallarda rinoplastika qapalı yolla – xarici dəri kəsilmələri olmadan (endonozal rinoplastika) həyata keçirilir. Bəzi hallarda rinoplastikada açıq yoldan istifadə edilir. Ağrısızlaşdırma da həmçinin fərdi olaraq seçilir, dərin müdaxilə ilə olan rinoplastika ümumi narkoz altında, səthi müdaxilə hallarında venadaxili yerli anesteziya altında həyata keçirilir. Anesteziyaya hazırlıq vaxtını nəzərə almadan estetik rinoplastika orta hesabla 1 saat, burun tənəffüsünü bərpa edən rinoplastika (rinoseptoplastika) orta hesabla 2 saat davam edir.

  Rinoplastika – mümkün risklər

  Çoxillik təcrübə və müasir metodlar burunun mürəkkəb anatomik formaları halında arzuolunmaz nəticələrin yaranması risklərini qabaqcadan bilməyə və onları minimuma endirməyə, əksər hallarda isə onları tamamilə aradan qaldırmağa imkan verir.

  Əməliyyat müasir az travmatik metod və texnologiyalarla minimal kəsimlərlə qapalı yolla həyata keçirilir, bu da sağalmanın və əməliyyatdan sonrakı bərpa dövrünün sürətlə keçməsinə imkan verir.

  Rinoplastikanın uğurlu həyata keçirilməsi yalnız plastik cərrahın təcrübə və estetik zövqündən asılı deyil, həmçinin əksərən pasient tərəfindən əməlyyatdan öncəki hazırlıq dövrü üçün tövsiyələrə riayət etməsindən asılıdır. Tövsiyələr burunun minimal şişməsi, əməliyyatın qansız keçməsi və əməliyyatdan sonrakı dövrün qısaldılmasını təmin etməyə istiqamətlənib.

  Orqanizmin fərdi xüsusiyyətləri böyük diqqətlə nəzərə alınır. Fərdi xüsusiyyətlər əməliyyatdan sonrakı dövrə təsir edir, bu halda pasientin əməliyyatdan öncəki əlavə hazırlığı həyata keçirilir.

  Burun tənəffüsünün pozulması dərəcəsini və estetik rinoplastikanının burun boşluğunun sonrakı arxitektonikasına təsirini müəyyən etmək məqsədilə burun boşluğunun analizi həyata keçirilir. Bu halda əlavə kompüter tomoqrafiyası müayinəsi tələb oluna bilər.

  Gənclik dövründə qadınlarda boy artma prosesinin 16-17 yaşında, kişilərdə 17-18 yaşında başa çatması nəzərə alınır. Rinoplastika təxminən 17 yaşında həyata keçirilir.

  Mənim təcrübəmdə 30% hallarda rinoplastika 40 yaşından sonra həyata keçirilir və əsasən burun əməliyyatını həyata keçirmək qərarı pasientin sağlamlıq durumundan asılı olur. Rinoplastika tez-tez üz və bədənin plastik əməliyyatları ilə kombinə edilir – üz dərisinin liftinqi, blefaroplastika, dodaqların, çənənin plastikası, döşlərin böyüdülməsi və liftinqi, liposaksiya və s.

  Rinoplastik plastik cərrahın konsultasiyası

  Plastik cərrah konsultasiyada müayinəyə böyük diqqət yetirərək burunun anatomik quruluşu və üzün hazırkı quruluşunda

  rinoplastikanın həyata keçirilməsi imkanlarını müəyyən edir. Rinoplastikanın həyata keçirilməsi ilə bağlı qərar qəbul olunduğu halda burun tənəffüsünün pozulması dərəcəsini müəyyən etmək məqsədilə burun boşluğu da müayinə edilir. Bu halda estetik rinoplastikanın burun boşluğunun sonrakı arxitektonikasına təsiri nəzərə alınır, bu da əlavə kompüter müayinəsi tələb edə bilər.

  Müayinənin burun boşluğunun təbii quruluşunu dəyişən soyuqdəymə zamanı və ya damarları daraldan burun damcılarının təsiri altında keçirilməsi tövsiyə edilmir.

  Burunun təkrar əməliyyatı hallarında (ikinci rinoplastika) gələcək addımları düzgün müəyyən etmək üçün əməliyyatdan öncəki foto şəkillərin olması arzu olunandır.

  Təcrübəmdən irəli gələrək, cərrah ilk baxışdan mövcud problemi başa düşür, onun həlli planını müəyyən edir, lakin pasientlərə məsələnin tam və düzgün başa düşülməsi üçün təkrar konsultasiyaların keçirilməsi tövsiyə olunur.

  Rinoplastika - əməliyyatdan sonrakı bərpa dövrü

  Əməliyyatdan sonrakı dövr ağrısız keçir. Burunun plastikasından sonra müəyyən narahatçılıq burun tənəffüsünü bağlayan tamponların çıxarılmasına qədər üç gün ərzində qalır. Burun 10 günə qədər gips sarğı ilə bağlanır, sarğı burun şişinin azalması ilə bağlı dövrü olaraq dəyişdirilir.

  Hiss olunan ilkin şişlər və qançırlar rinoplastikadan sonra iki həftə ərzində itir. Ərafdakılar üçün nəzərəçarpacaq olmayan qalan dərialtı bərkimələr 6 aydan 1 ilə qədər müddətdə tamamilə itir.

  Birinci mərhələdə müvəqqəti əhəmiyyətsiz olan məhdudiyyətlər və plastik cərrahınızın fərdi tövsiyələrini yerinə yetirmək lazımdır. Pasientlər rinoplastikadan üç, altı ay və bir ildən sonra müayinədən keçirlər.

  Estetik rinoplastika – birgə aparılan müxtəlif plastik əməliyyatlar

  Təcrübəmdə müxtəlif plastik əməliyyatlar arasında prioritet istiqamət estetik rinoplastikadır (burun plastikası). Otorinolarinqologiya sahəsində əldə olunmuş təcrübə burun plastikası ilə paralel olaraq burun tənəffüsünün bərpası əməliyyatını həyata keçirməyə, burun boşluğunun normal arxitektonikasını formalaşdırmağa imkan verir. Çox vaxt bu əməliyyatların (rinoseptoplastika) səbəbi travmadır.

  Yadda saxlamaq vacibdir ki, burun travması zamanı (burun çəpərinin təzə sınığı) gələcəkdə böyük cərrahi müdaxilələrin olmaması üçün vaxtında – ilk günlərdə klinikaya müraciət etmək lazımdır. Bu hallarda müalicə adətən ambulator olur və yalnız burun divarının yeri dəyişmiş hissəsinin yerinə salınması ilə məhdudlaşır.

  Cərrahi müdaxilənin ümumi həcmini qiymətləndirdikdən sonra estetik rinoplastika adətən müxtəlif plastik əməliyyatlarla kombinə edilməklə həyata keçirilir.

  Rinoplastika (burun plastikası) – burun formasının dəyişdirilməsi

  Septoplastika (burun çəpərinin düzəldilməsi) və aşağı burun boşluğunun plastikası – burun çəpərinin əyilməsi, burun boşluqlarının hipertrofiyası

  Çənənin plastikası, kiçildilməsi, böyüdülməsi – mikrogeniya, makrogeniya

  Dodaqların plastikası, dodaq formalarının cərrahiyə yolu ilə korreksiyası

  Blefaroplastika (göz qapaqlarının plastikası), yuxarı və aşağı göz qapaqlarının plastikası

  Üzün və boyunun liftinqi (üz dərisinin dartılması), üzün endoskopik dartılması – ART-Lifting – üz və boyun dərisinin ptozu

  Dodaqların, üz və bədən konturlarının lipofilinqi

  Otoplastika (qulaq seyvanlarının plastikası) – qulaq seyvanlarının deformasiyası, uzanmış qulaq seyvanları

  Liposaksiya, qarın, bel, ombalar, yanın korreksiyası

  Mamoplastika (döşün plastikası), döşün böyüdülməsi, dartılması, kiçildilməsi

  Abdominoplastika (qarının plastikası)

Xutsidze Zurab Vaxtanqoviç

 

 

|   Rinoplastika   |   Vaxtanq Xutsidze "Tsope"    |    Zurab Xutsidze   |   Əlaqə   |